Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

Azərbaycanda zorakılığa məruz qalan uşaqlarla bağlı qaynar xətt yaradılır

18 aprel / 15:04 3 dəq
18 aprel / 15:04
Burada sizin reklamınız ola bilər

Azərbaycanda zorakılıq, mənəvi-psixoloji təzyiq hallarına məruz qalan uşaqlar üçün qaynar xətt yaradılır”

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan Nümayəndəliyinin rəhbərinin müavini Min Yuan və Nümayəndəliyin digər əməkdaşları ilə nazirlikdə keçirilən görüşdə bildirib.

“Bəzən bu və ya digər uşağın məişət zəminində zorakılıq, xüsusən mənəvi-psixoloji təzyiq hallarına məruz qalmaları, nəticədə öz həyatlarına qəsd etməsi faktları ilə rastlaşırıq. Bu da belə hallarla qarşılaşan uşaqlara daha yaxın olmaq, onlara vaxtında və ehtiyac duyduqları mənəvi-psixoloji dəstəyi göstərmək zərurətini artırır. Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən adekvat cavab tədbiri, eyni zamanda, həmin uşaqlara proaktiv yönümlü dəstəyin təmin edilməsi üçün ayrıca qaynar xəttin yaradılması nəzərdə tutulur”, – o deyib.

Nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin sosial xidmətlər sisteminin inkişafına xüsusi qayğısı nəticəsində bu sistemin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişlənməsi üçün mühüm addımların atıldığını qeyd edib. O vurğulayıb ki, yaradılması nəzərdə tutulan qaynar xətt də zorakılıq, mənəvi-psixoloji təzyiq halları ilə üzləşən uşaqların operativ şəkildə dəstək tədbirləri ilə əhatə olunmasına xidmət edəcək.

M.Yuan uşaqlar üçün yeni qaynar xəttin yaradılması ideyasının təqdirəlayiq olduğunu,  bu məqsədlə qabaqcıl dünya təcrübəsinə uyğun və çevik iş mexanizmlərinin formalaşması üçün UNİCEF-in müvafiq dəstəyi təmin edəcəyini deyib.

Görüşdə uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması sahəsində birgə tədbirlərin gücləndirilməsi, zorakılıq halları baş verdikdə cavab tədbirlərinin görülməsi, eləcə də Qaynar xəttin məqsədəuyğun fəaliyyətinin qurulması üçün mütərəqqi praktikaların öyrədilməsi məqsədilə təlimlərin təşkili və s. ilə bağlı fikir mübadiləsi aparılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı