Dünya

Danimarka baş naziri:Avropanın hərbi sənayesinin bərpasında Almanya əsas rol oynayacaq

12 iyun / 07:36 1 dəq
Mette frederiksen daniya premier
12 iyun / 07:36
Burada sizin reklamınız ola bilər

“Avropanın 2030-cu ilə qədər yenidən silahlanması lazımdır, onun vaxtı daralır.”

Qerbxeber.com xəbər verir ki, bunu Danimarkanın baş naziri Mette Frederiksen deyib.

“Biz Avropanın 2030-cu ildən gec olmayaraq yenidən silahlanması ilə bağlı ümumi hədəfi həyata keçiririk. Bunu Ağ Kitabda açıq-aydın qeyd edirik. Açığı, vaxtımız tükənir”, – o deyib.

O həmçinin xatırladıb ki, Danimarka 2025-ci il iyulun 1-dən Aİ Şurasına sədrlik edəcək. Bu zaman yenidən silahlanma məsələsi ölkə üçün prioritet olacaq.

“Bunun üçün biz Avropada hərbi sənayeni bərpa etməliyik. Almaniya burada əsas rol oynayacaq ki, biz indikindən daha çox və daha sürətli istehsal edə bilək”, – o bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər