Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, aprelin 22-də əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacaq.