Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

8 kəndin qayıtması İranı narahat etdi

24 may / 10:35 2 dəq
Iran tehran
24 may / 10:35
Burada sizin reklamınız ola bilər

İranın Milli Təhlükəsizlik Şurasının yeni katibi Ermənistanın 8 kəndi Azərbaycana verməsi xəbərini dəqiqləşdirməlidir.

“Qərb Xəbər” bildirir ki, bunu ermənipərəst mövqeyi ilə tanınan iranlı ekspert Ehsan Movəhhedian Tvitter paylaşımında yazıb.

“İranın Ali Milli Təhlükəsizlik Şurasının yeni katibinin ilk prioritetlərindən biri İranın Ermənistan və Gürcüstana tranzit marşrutu üzərindəki 8 kəndin Bakıya verilməsi xəbərinin həqiqiliyini araşdırmaq olmalıdır. Bununla İran-Ermənistan sərhədi praktiki olaraq kəsilir. Türk dünyası, NATO və sionistlərin planlaşdırdığı blokada Orta Dəhlizin açılmasını hərbi qarşıdurmasız mümkün edəcək.

Sonra isə Ermənistanın cənubu zorla, yaxud yeni sülhə məcburetmə yolu ilə işğal olunacaq ki, Bakının Sünikdəki (Zəngəzur) dəhliz üzərindən Naxçıvana və Türkiyəyə çıxışı təmin edilsin. 30 ildir ki, bu yola çıxışı olan İran isə marşrutdan kənarlaşdırılacaq. NATO, sionistlər və Türkiyə İrana olan bu ehtiyacı aradan qaldıraraq, mühasirəmizi tamamlamaqla İranın şimal-qərbində müharibə və parçalanma həyata keçirməyə can atırlar!” – o qeyd edib.

Xatırladaq ki, Əli Əkbər Əhmədian İranın Ali Təhlükəsizlik Şurasının yeni katibi təyin olunub.

Qeyd edək ki, ötən gün Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycana aid olan Qazaxın 7 və Naxçıvanın 1 kəndinin “Azərbaycanda olan anklavlarla” dəyişdirilməsi mümkünlüyünü dilə gətirib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı