Sumqayıt şəhərində “Azkompozit” zavodunun inzibati binasında partlayış baş verib.
Qerbxeber.com Globalinfo.az-a istinadən xəbər verir ki,hadisə dünən axşam saat 20:30 radələrində baş verib. Şahidlərin məlumatına görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə cəlb olunub.
Sakinlərin dediyinə görə, bina təhlükəli vəziyyətdədir.İlkin məlumatlara görə Maye qaz balonunda partlayış olub, daha sonra güclü yanğın başlayıb.
Faktla bağlı araşdırma aparılır.