“Azərbaycan Respublikasının vətəndaşlığına qəbul haqqında” Azərbaycan Prezidentinin Sərəncamı ilə 325 əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan vətəndaşlığına qəbul edilib.
Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.
Onlardan 31 nəfər Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib, o cümlədən şəhid olmuş hərbi qulluqçuların ailə üzvləridir.