Rusiyada səfərbərlik elan edildikdən sonra Gürcüstanla sərhəddə növbələr yaranıb
Rusiyada qismən səfərbərlik elan edildikdən sonra, bu ölkə vətəndaşlarının xaricə ölkələrlə yanaşı Gürcüstana da axını artıb.
“Qərb Xəbər” 24News.ge-yə istinadən xəbər verir ki, Lars gömrük keçid məntəqəsi vasitəsilə Gürcüstana daxil olan Rusiya vətəndaşlarının sayında ötən gündən etibarən ciddi artım müşahidə olunur. Məlumata görə, hazırda Lars gömrük keçid məntəqəsi vasitəsilə Gürcüstana daxil olan Rusiya vətəndaşlarının sayında olan artım, növbələrin yaranmasına səbəb olub.
Xatırladaq ki, Rusiya vətəndaşının Gürcüstanda qalmaq müddəti 360 gündür. Qanunvericiliyə əsasən, xarici ölkə vətəndaşı Gürcüstanda nəzərdə tutulmuş vaxtdan əlavə qalmağa davam edərsə, onun cərimələnməsi və ya ölkədən çıxarılması istiqamətində addımlar atıla bilər.