Bölgə xəbərləri

Natiq Miri: İlk görüşdən ciddi nəticəni gözləmək düzgün deyil

18 iyul / 17:49 6 dəq
E840b738 141e 4236 b005 66c838adcc00
18 iyul / 17:49
Burada sizin reklamınız ola bilər

İyunun 16-da Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri (XİN) arasında Gürcüstanın paytaxtında görüş keçirilib.

Keçirilən görüş Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ilk dəfə başqa ölkənin vasitəçiliyi olmadan baş tutub. Təkbətək keçirilən bu görüşdə regional, nəqliyyat və başqa məsələlər müzakirə edilib. Görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.

Görüşdən sonra həm Avropa İttifaqı, həm də Amerika görüş barədə öz müsbət fikirlərini bölüşüb.

Bəs bundan sonrakı prosses hansı yöndə inkişaf edəcək?

Məsələ ilə bağlı “Qərb Xəbər”ə danışan politoloq Natiq Miri ilk görüşdən ciddi bir nəticəni gözləməyin doğru olmadığını deyib: “Ona görə ki, Ermənistan buna hazır deyil, əgər hazır olsa idi 44 günlük vətən müharibəsindəki məğlubiyyətində də ,10 Noyabr sənədini imzalayandan sonra da bu sənədlərlə nəzərdə tutulan bir çox müdəallar yerinə yetirilə bilərdi. Bu faktın özüdə göstərir ki, 20 ay keçməsinə rəğmən hələdə 10 Noyabr sənədinin böyük əksər müdəaları yerinə yetirməyib. Sərhədlərin müəyyənləşməsi ilə bağlı komissiyalar yaradılsa da konkret ciddi anlaşmalar yoxdur. Eyni zamanda bunun uzun müddətli bir məsələ olduğu bəllidir. Bütün kominikasiyaların açılması və Zəngəzur dəhlizinin həyata keçirilməsi məsələsində də irəliləyiş yoxdur. Ona görə də bu məsələlər təkrarlanaraq müzakirə predmenti olur. Bunun üçün də, konkret hansısa irəliləyişlərdən danışmaq mümkün deyil”

d9cbc5fc-f967-40e7-9278-64a2539d4e8e

Bundan başqa politoloq Qərbin bu tipli görüşləri keçirməsinin məqsədini də açıqlayıb: “Həm Azərbaycan, həm bilavasitə bu görüşü təyin edən vasitəçi ölkə Gürcüstan, eyni zamanda Rusiyanın rəqibi olan Amerika Birləşmiş Ştatları və Avropa Birliyi iki tərəfli dialoqu Rusiyasız davam etdirilməsi mövqeyini ortaya qoyurlar və bu görüşü təqdiralayiq bir görüş adlandırırlar. O mənada ki, Rusiyanın bu prosesdən tədricən uzaqlaşdırılması hədəflənir”.

Baş tutan bu görüşü müsbət bir hadisə kimi dəyərləndirən Natiq Miri bundan başqa Prezident İlham Əliyevin görüş öncəsi çıxışına da toxunub: “Əslində qərb dünyası da bu yöndə öz mövqeylərini bildirirlər. O ki, qaldı konkret hansısa ciddi siyasi nəticələrə düşünürəm ki, belə bir nəticə mövcud deyil. Çünki, bir neçə gün öncə Azərbaycan prezidenti İlham Əliyev öz çıxışında bildirdi ki, bu görüş nəticəsində əgər, sülh müqaviləsinin imzalamaq üçün qarşılıqlı olaraq komisya yaradılarsa bunu irəliyə doğru addım hesab etmək olar. Amma biz buna bu görüşdə görmədik. Ola bilsin gələcək görüşlərdə müzakirə predmenti olsun, çünki, bilirsiniz ki, hər iki tərəf Azərbaycan və Ermənistan XİN başçıları bu görüşlərin davam etdirilməsi ilə bağlı öz razılıqlarını veriblər. Düşünürəm ki, ikitərəfli görüş Rusiyasız daha tez anlaşa bilər. Çünki, Azərbaycan və Ermənistan dövlətlərinin özünün geosiyasi maraqları ilə bərabər Rusiyanın müdaxiləsi və moderatırlığı olanda ən azından Rusiyanın da geosiyasi maraqlarını bu prosesdə uzlaşdırmaq məcburiyyəti yaranır. Bu baxımdan ikitərəfli dialoq Azərbaycan dövlətinin marağındadır. Ancaq Ermənistana güvənilə bilərmi? Ən böyük sual və problem də bundan ibarətdir. Əgər bundan sonra dialoq ikitərəfli baş tutacaqsa gələcək prespektivdə baxacağıq, görək sülh müqaviləsini imzalamaq üçün nümayəndə heyəti Ermənistan tərəfindən təyin olunacaq yoxsa yox. Çünki, Azərbaycan tərəfi artıq öz nümayəndə heyətini çoxdan bəyan edib”.

 

ef2bc00a-ca7e-48f5-b820-c6be5ff9af97
Deputat Cavid Osmanov görüşü 44 günlük müharibənin yaratdığı reallıqlar istiqamətində aparıldığını qeyd edib: “Əsas məsələ Azərbaycan tərəfindən irəli sürülmüş 5 baza prinsipidir ki, hansı ki, bütün dünya dövlətləri və beynalxalq təşkilatlar tərəfindən qəbul olunub. O cümlədən də Ermənistan lideri tərəfindən bu 5 baza prinsipinin qəbul edildiyi bəyan edilmişdir. Əlbətdə eyni zamanda 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının imzaları ilə təsdiq olunmuş bəyanamələrin bütün müdəalarının icrasının təmin edilməsi istiqamətində müzakirələr aparılmışdır. Bu günə kimi bu bəyanamələrin bəzi müdəalarının Ermənistan tərəfindən hələdə icra edilməmişdir. Xüsusəndə erməni silahlı birləşmələrinin Azərbaycanın ərazisilərindən çıxarılması hələ də həyata keçirilməmişdir. Bu məsələ də görüşün əsas müzakirə predmentlərindən biri olmuşdur”.

Cavid Osmanov görüşdə bir başqa məsələ kimi itkin və əsir düşmüş şəxslərin talehi müzakirə edildiyini deyib: “Eyni zamanda bu günə kimi 4000-ə yaxın Azərbaycan vətəndaşının taleyinən aydınlıq gətirilməyib. Ermənistan tərəfindən bu addımın atılması bu görüşün əsas müzakirə predmentlərindən biri olub. Bir sözlə iki ölkə arasında bir başa təmasların qurulması və sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya, nəqliyyat və kommunikasiya xəttlərinin açılması müzakirə edilir. İki ölkə arasında münasibətlərin qurulması bu istiqamətdə gələcəkdə diplomatik münasibətlərin yaradılması və digər məsələlər artıq Azərbaycan tərəfindən təqdim edilmişdir”.

Ülviyyə Həsənli

Paylaş
Burada sizin reklamınız ola bilər