Bölgə xəbərləri

Şəmkir polisi yol qəzasında ölüb

4 iyun / 09:26 1 dəq
Trend ppx police azerb
4 iyun / 09:26
Burada sizin reklamınız ola bilər

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İ.Adilzadə ötən gecə saat 2 radələrində idarə etdiyi “Priora” markalı avtomobillə hərəkətdə olarkən Aşağı Seyfəli kəndi ərazisində idarəetməni itirərək avtomobili aşırıb.

Qərb Xəbər” in “Report”a istinadən Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, qəza zamanı İ.Adilzadə və sərnişini A.İbadullayev hadisə yerində ölüblər.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər