Moskvada Xəzər əməkdaşlığı üzrə komissiyanın ilk iclası keçirilib

653b90e1391b4653b90e1391b51698402529653b90e1391b2653b90e1391b3

Rusiya Xəzər “beşliyi” formatında fəal quruculuq işlərinə sadiqdir. “Qərb Xəbər” məlumat verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi Sergey Lavrov Xəzər əməkdaşlığı üzrə qurumlararası komissiyanın ilk iclasında deyib. “Moskva regionun səmərəli beynəlxalq əməkdaşlıq zonası kimi mövqeyini möhkəmləndirmək üçün Xəzər “beşliyi” (Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan) formatında fəal quruculuq işlərinə sadiqdir. Xəzəryanı ölkələrin birgə işi … Read more

Gəncə və Tovuzda itkin düşən məktəbli qızlar tapılıb

Indir 2023 10 27T145324.345

Gəncə və Tovuzda itkin düşən məktəbli qızlar tapılıb. Bu barədə “Qərb Xəbər”ə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib. Məlumata görə, polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində  Gəncə şəhəri Xətai prospektində yaşayan, 2009-cu il təvəllüdlü Türkan Qurbanova və Tovuzun Aşağı Quşçu kənd sakini, 2009-cu il təvəllüdlü Gülay Bayramovanın yerləri  müəyyən … Read more

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 15%-ə qaldırıb

Indir 2023 10 27T144319.475

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini illik göstəricidə 13%-dən 15%-ə qaldırıb. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb. Məlumatda bildirilib ki, Rusiyada cari inflyasiya təzyiqi əhəmiyyətli dərəcədə artıb və bu Mərkəzi Bankın gözləntilərindən yüksəkdir. R.Carçılı

Deputat: “Gürcüstan Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasına çalışır”

E9e0bb26 1a92 31a0 a3ef bea53b5b9077

“Gürcüstan regionda sülhün təmin edilməsinə, Ermənistanla Azərbaycan arasında razılaşmanın tezliklə əldə olunmasına çalışır”. “Qərb Xəbər”məlumat verir ki,  bunu Gürcüstan parlamentinin Avropaya inteqrasiya komitəsinin sədri Maka Boçorişvili deyib. “Regionumuzun inkişafına töhfə verəcək məsələləri düşünmək lazımdır”, – o bildirib. M.Boçorişvili qeyd edib ki, İpək Yolu Forumu regionun dünya miqyasında oynadığı rola həsr olunub: “Biz Cənubi Qafqaz regionunda … Read more

Səfərbərlik Xidmətinin rəisi Qazaxda vətəndaşları qəbul edib

2a3af6f9 242a 39ae a4e7 20ba12882043

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov oktyabrın 27-də Qazax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Qazax, Ağstafa, Tovuz və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edib. SHXÇDX-dən “Qərb Xəbər” ə verilən məlumata görə, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad edilib. Qəbulda … Read more

Saakaşvili: “Əgər xalqımız növbəti seçkilərdə qalib gələ bilməsə, Gürcüstan dövləti sona doğru sürətlənəcək”

Indir 2023 10 27T141855.879

“Mən diaspordakı dostlarıma, tanışlarıma və tanımadığım insanlara müraciət etmək istəyirəm: gəlin, tariximizin həlledici məqamında bir-birimizin əllərindən tutaq ki, ölkəmizi itirməyək”. “Qərb Xəbər” bildirir ki, bu barədə eks prezident Mixeil Saakaşvili sosial media hesabında qeyd edib. Saakaşvilinin sözlərinə görə, onun xahişi ilə “Milli Hərəkat”ın liderləri diaspor nümayəndələri ilə görüşür: “Qarşıdan gələn seçkilər öz əhəmiyyətinə görə tarixidir … Read more

Sergey Lavrov: “Rusiya “Xəzər beşliyi” formatında fəal şəkildə işləmək fikrindədir”

Lavrovdan sert aciklama abdye sirtini dayayan ulkelerin kaderi ermeni liderler icin ders olmali wqie

“Rusiya region ölkələrinin “Xəzər beşliyi” (Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan) formatında fəal şəkildə işləmək fikrindədir”. “Qərb Xəbər”məlumat verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzər məsələləri üzrə İdarələrarası Komissiyanın ilk iclasında deyib. “Rusiya bu regionun sülh, harmoniya, mehriban qonşuluq və səmərəli beynəlxalq əməkdaşlıq zonası kimi mövqeyinin möhkəmləndirilməsi maraqları naminə “Xəzər beşliyi” formatında … Read more

Rusiya investoru Hacıqabul Sənaye Məhəlləsinə 18 milyon manatdan çox vəsait yatırıb

Haciqabul

Bu gün İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) tabeliyində olan Hacıqabul Sənaye Məhəlləsində “Penoplex Prikavkazye” MMC-nin istilik izolyasiya lövhələrinin istehsalı müəssisəsinin açılış mərasimi keçirilib. Bu barədə “Qərb Xəbər” ə İZİA-dan bildirilib. Məlumata görə, innovativ texnologiya əsasında müəssisədə istilik izolyasiya lövhələrinin istehsalı həyata keçirilir və istehsal prosesində xammal kimi ümumi təyinatlı polistiroldan istifadə edilir. 100 % Rusiya … Read more

Ursula fon der Leyen: “HƏMAS terror fəaliyyəti ilə Fələstin xalqına ziyan vurur”

6b5b9de8 8752 3118 85d3 5e373474cf7e 850 (1)

“HƏMAS Qəzzada humanitar böhrana səbəb olub və terror fəaliyyəti ilə Fələstin xalqına da ziyan vurur”. “Qərb Xəbər” bildirir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib. O bildirib ki, Komissiya üçün Qəzzadakı humanitar böhranla mübarizə səylərini intensivləşdirməyə davam etmək önəmlidir. Ursula fon der Leyen yardımın Qəzzaya maneəsiz və sürətlə çatmasının vacib olduğunu vurğulayıb … Read more

Finlandiya səfiri Rusiya XİN-ə çağırılıb

1688639699 1652782592 1

Finlandiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. “Qərb Xəbər” bildirir ki, bu barədə TASS məlumat yayıb.   Qeyd olunub ki, 25 oktyabrda Finlandiyanın Rusiyadakı səfiri XİN-ə çağırılıb və ona transsərhəd əməkdaşlıq haqqında sazişin ləğvi barədə məlumat verilib. İ.Babayeva

Firdovsi Umudov: “Qarabağda qazandığımız zəfərin davamını dünya çempionatında gətirməyə çalışacağıq”

16678785892248449524 1200x630

“Qarabağda qazandığımız zəfərin davamını dünya çempionatında gətirməyə çalışacağıq”. “Qərb Xəbər”in  məlumatına görə, bu sözləri “Sərhədçi” Peşəkar İdman Klubunun prezidenti Firdovsi Umudov hərbçilər arasında keçiriləcək güləş üzrə 36-cı dünya çempionatı ilə bağlı jurnalistlərə açıqlamasında söyləyib. Təcrübəli mütəxəssis Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını vurğulayıb: “Ölkəmizdə bir çox mötəbər tədbirlər keçirilib. Hərbçilər arasında 36-cı dünya çempionatının təşkilatçılığı da … Read more

BMT-nin Qəzza zolağında ölən əməkdaşlarının sayı 57-yə çatıb

1ef170ac aa91 3690 ba01 b8f87b4615be

MT-nin Qəzza zolağında ölən əməkdaşlarının sayı 57-yə çatıb. “Qərb Xəbər” məlumat verir ki, bunu qurumun Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım üzrə Agentliyin baş komissarı Filipp Lazzarini bildirib. Onun sözlərinə görə, atışma zamanı fələstinliləri HƏMAS-dan ayırmaq mümkün deyil, ona görə də bütün mülki əhalinin və xəstəxana binalarının mühafizəsini təmin etmək lazımdır. Qeyd edək ki, bir müddət … Read more

Komitə sədri: “Avropada son dövrlərdə heç uşaq dünyaya gətirmirlər”

67ca5886 d114 37f2 969b 000b85521c39

“Avropada son dövrlərə heç uşaq dünyaya gətirmirlər. Onların statistikasına, demoqrafiyasına baxın”. “Qərb Xəbər”in məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova oktyabrın 27-də parlamentdə “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan QHT-dən biri … Read more

Azərbaycan Xarici investisyalar Üçün Çox Əlaqəli Ölkədir

F9ba3mfWwAA5pjm

“Qərb Xəbər”in məlumatına görə Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyev @presidentaz “X” hesabında paylaşım edib. Prezident : Son otuz ildə Azətbaycanın investisiya portfeli milyard dollar miqyasına çatmışdır.  Azərbaycana qoyula investisyaların ümümi həcmi 300 milyard dollardan çox olub ki, bunuda təxmini 200 milyar dollarını qeyri- neft sektoruna  qoyulan investisiyalar təşkil edib.  Deyə cıxışında bildirib.   Mələk.M

Şəmkirdə arvadını güllələyən şəxsin məhkəməsi başlayır

Indir 2023 10 27T125313.751

Qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən şəxs barəsində cinayət işinin istintaqı tamamlanıb. Şəmkir rayon prokurorluğundan “Qərb Xəbər”ə verilən məlumata görə, Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakini 1999-cu il təvəllüdü Zəhra Əhmədovanın öldürülməyə cəhd edilməsi faktı ilə bağlı Şəmkir rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. İstintaqla, aralarında yaranmış mübahisə səbəbindən 1990-cı il təvəllüdlü Əfsun Əhmədovun arvadı … Read more

Rusiya XİN: Həmas nümayəndələri Moskvadadır

7defa9e0 68d7 11ee a8c3 25d17afe5a0b

Rusiya Xarici İşlər Nazirliyi oktyabrın 26-da Fələstinin HƏMAS radikal islamçı qruplaşması nümayəndə heyətinin Moskvaya səfər etdiyini təsdiqləyib. Bu barədə “Qərb Xəbər” Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Bundan əvvəl bu barədə məlumatı nümayəndə heyətindəki mənbəyə istinadla RIA Novosti agentliyi vermişdi. Bu da xəbər verilir ki, nümayəndə heyətinə HƏMAS “siyasi bürosunun” üzvü Əbu Marzuk … Read more

Qaribaşvili: Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçiliyə hazırdır

Indir 2023 10 27T113156.720

Gürcüstan qərəzsiz və neytral vasitəçi olaraq Azərbaycan və Ermənistan arasında vasitəçiliyə hazırdır. “Qərb Xəbər” bildirir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə Heydər Əliyev Adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının təməlqoyma mərasimində çıxışı zamanı bildirib. “Mənim hökumətim regionda uzunmüddətli sülhün bərqərar olunmasında iştirak etməyə hazırdır”,- hökumət başçısı əlavə edib. Baş nazir teatr binasının Azərbaycanın … Read more

Tbilisidə Heydər Əliyev adına Azərbaycan Dram Teatrının yeni binasının təməli qoyulub-FOTO

4c114f9cd0226e31c526b6653787bc5a

Gürcüstanın paytaxtı Tbilisidə Heydər Əliyev adına Azərbaycan Dram Teatrının yeni binasının təməlqoyma mərasimi keçirilir. “Qərb Xəbər” bildirir ki, mərasimdə Baş nazir Əli Əsədov, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, eləcə də hər iki ölkədən digər dövlət və hökumət rəsmiləri, gürcü və azərbaycanlı ictimai xadimlər, iş … Read more

Azərbaycanda ötən il 8 mindən çox şəxs onkoloji xəstəlikdən vəfat edib

1691664033130820567264d4bea1c454f

2022-ci ildə 8 305 nəfər onkoloji xəstəlikdən vəfat edib. “Qərb Xəbər” bildirir ki, bunu II Beynəlxalq Bakı Süd Vəzi Xərçəngi Konqresində Azərbaycan Tibb Universiteti Onkologiya kafedrasının dosenti Nəsimi Qasımov deyib. Onun sözlərinə görə, həmin şəxslərdən 1121 nəfəri süd vəzi xərçənginin bədxassəli törəmələri səbəbindən ölüb. Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının baş həkimi Nigar Mehdiyeva isə bildirib … Read more