Gəncə və Tovuzda itkin düşən məktəbli qızlar tapılıb.
Bu barədə “Qərb Xəbər”ə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində Gəncə şəhəri Xətai prospektində yaşayan, 2009-cu il təvəllüdlü Türkan Qurbanova və Tovuzun Aşağı Quşçu kənd sakini, 2009-cu il təvəllüdlü Gülay Bayramovanın yerləri müəyyən olunaraq ailələrinə təhvil verilib.
Hər iki fakt üzrə araşdırma aparılır.
R.Carçılı