Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb
Bu gün İsveçdə ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb. “Qərb Xəbər” bildirir ki, bu barədə İsveç Kral Elmlər Akademiyası məlumat yayıb. Bildirilib ki, 2023-cü il Ədəbiyyat üzrə Nobel Mükafatı norveçli yazıçı Jon Fosseyə verilib. O, innovativ pyeslərinə görə bu mükafata layiq görülüb.