Sosial

2 717 yoluxma faktı qeydə alınıb

8 aprel / 19:00 1 dəq
D60b9e65 14c5 3a7b 92ac 75f8271a9f9a
8 aprel / 19:00
Burada sizin reklamınız ola bilər

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 717 yeni yoluxma faktı qeydə alınıb, 1 341 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Ölkədə son sutka ərzində 14 581, hazırkı dövrədək isə 2 977 593 test aparılıb. İndiyə qədər ümumilikdə 279 181 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 245 881 nəfər müalicə olunaraq sağalıb, 3 811 nəfər vəfat edib, aktiv xəstə sayı 29 489 nəfərdir.

Paylaş
Burada sizin reklamınız ola bilər