QHT Xəbər

“Ətraf Mühit” mövzusunda seminar keçirilib

15 noyabr / 22:43 2 dəq
WhatsApp Image 2019 11 15 at 16.05.31 (4)
15 noyabr / 22:43
Burada sizin reklamınız ola bilər

 “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsi çərçivəsində Mingəçevir Dövlət Universitetində “Ətraf Mühit” mövzusunda seminar həyata keçirilib.    

Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) sifarişi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) GmbH  tərəfindən həyata keçirilən layihənin tərəfdaşı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsidir.  

Layihənin sosial komponenti çərçivəsində 15 noyabr 2019-cu il tarixində Mingəçevir Dövlət Universitetində “Ətraf Mühit” mövzusuna dair maarifləndirmə sessiyası keçirilib. 

Tədbirin açılış mərasimində MDU-nun tərbiyə işləri üzrə prorektoru Rövşən Əliyev, 8 saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsinin “Ətraf mühitdən istifadənin tənzimlənməsi və tullantıların idarə edilməsinin təhlili” sektorunun aparıcı məsləhətçisi Günel Əliyeva və “Fizika və Ekologiya” kafedrasının müəllimi Gülmirə Məmmədova çıxış ediblər.

Ekspert Asiman Qocayev iştirakçılara  plastik tullantıların səbəbi olduğu ekoloji problemlər və meşələrin qorunmasının vacibliyini izah etmiş,  mövcud ekoloji problemləri həll etmək üçün iştirakçılara qrup tapşırıqları verib.

Tədbirdə layihənin hədəf bölgələrindən olan 50 tələbə iştirak edib.

Paylaş
Burada sizin reklamınız ola bilər