Zelenski:Rusiya Odessada SOCAR-a məxsus obyektlərə qəsdən zərbə endirir
Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın Odessa şəhərində SOCAR-a məxsus neft bazasına edilən hücumun Rusiya tərəfindən məqsədli şəkildə həyata keçirildiyini deyib.
Qerbxeber.com xəbər verir ki, bu barədə Zelenski özünün Facebook hesabında fikir bildirib.
Ukrayna lideri Rusiyanın məqsədyönlü olaraq mülki şəxsləri və infrasturkturları hədəfə aldığını bildirib.
Zelenski müharibənin dayanmalı olduğunu və bunun üçün Rusiyanın addım atmalı olduğunu vurğulayıb.




