“Qərb Kiyevə vəd olunan silah-sursat təchizatını gecikdirir. Bizə silahların yalnız üç həftə sonra göndəriləcəyini deyirlər, amma üç ay sonra belə vəziyyət dəyişmir”.
Qerbxeber.com xəbərinə görə, bunu Ukraynanın Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak yerli “24-cü kanal”ın efirində deyib.
O bildirib ki, Qərbin səfərbərlik yaşını 18-dək endirilməsi yönündəki çağırışları öz günahını gizlətmək məqsədi daşıyır:
“Bizdə silah çatışmazlığı var. Sizcə, onlar niyə səfərbərlik yaşının 18-ə endirilməsini təklif edir? Gəlin açıq danışaq. Bu təklif silah təchizatının gecikdirilməsinə görə ümumi məsuliyyətin bir hissəsini üzərindən atmağa yönəlib”.