Zelenski Makronla telefonla danışdı
Ukrayna Prezidenti Vladimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
Qerbxeber.com xəbər verir ki, bu barədə Zelenski özünün Teleqram kanalında məlumat verib.
O, Makronu Ukraynanın ilk növbədə hava hücumundan müdafiə sahəsindəki təcili ehtiyacları barədə məlumatlandırıb.
Zelenski qeyd edib ki, Rusiya hazırda Yaxın Şərqdəki vəziyyətə və dünya ölkələrinin daxili gündəmlərinə diqqətin yönəlməsindən istifadə edir.
“Rusiya tərəfindən Ukraynaya qarşı zərbələr daha iyrənc formada həyata keçirilir. Bunlara qarşı necə mübarizə aparacağımızı müzakirə etdik”, – Zelenski bildirib.




