Zelenski Britaniya Baş naziri Starmer ilə dron istehsalını müzakirə edib
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə telefon danışığı aparıb.
Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Zelenski sosial media hesabında bildirib.
Zelenski qeyd edib ki, telefon danışığında birgə diplomatik səylər müzakirə edilib: “Biz bir neçə gündən sonra Romada baş tutacaq “İstəklilər Koalisiyası”nın iclası ilə bağlı gözləntiləri müzakirə etdik. Qəbul edilən qərarların mümkün qədər güclü olmasını təmin etmək üçün çalışırıq”.
O vurğulayıb ki, tərəflər həmçinin Ukraynanın yerli dron istehsalı üçün bu ay veriləcək əlavə maliyyəni müzakirə ediblər: “Biz əsas tərəfdaşlarla digər əməkdaşlıq formatlarını, xüsusilə “Ramşteyn” formatını gücləndirmək üzərində işləmək barədə razılığa gəldik”.




