Zelenski Alyaska görüşündən gözləntilərini açıqladı
Ukrayna Alyaskada keçiriləcək Tramp – Putin görüşündə ABŞ-nin güclü mövqeyinə ümid edir.
Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.
“Biz Amerikanın güclü mövqeyinə ümid edirik. Hər şey bundan asılı olacaq – ruslar Amerikanın gücü ilə hesablaşırlar. Məhz güclə…”, – o qeyd edib.
Avqustun 15-də Putin və Tramp Alyaskada danışıqlar aparacaq. Əsas mövzu Ukraynada sülhdür. Müzakirə olunan təkliflər arasında ərazilərin mübadiləsi və Kiyevin NATO-ya üzv olmaqdan imtinası ola bilər. Görüşdə Rusiya ilə ABŞ arasında iqtisadi əməkdaşlıq məsələlərinə də toxunulacaq.




