Zelenski: ABŞ Donbasın Rusiyaya verilməsi müqabilində təhlükəsizlik zəmanəti vəd edir
ABŞ Donbasın Rusiyaya verməsi müqabilində Ukraynaya təhlükəsizlik zəmanəti təklif edib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Reuters” agentliyinə müsahibəsində bildirib.
Zelenski qeyd edib ki, Donbasdakı müdafiə xəttindən imtina etmək ölkənin təhlükəsizliyi üçün ciddi risk yaradır.
Ukrayna Prezidenti həmçinin Donald Trampa İranla bağlı gərginliyə baxmayaraq silah tədarükünü davam etdirdiyinə görə təşəkkür edib.
“Yaxın Şərq, şübhəsiz ki, prezident Trampa təsir edir və məncə, onun gələcək addımlarına da təsir göstərəcək. Təəssüf ki, mənim fikrimcə, prezident Tramp hələ də Ukraynaya təzyiqi artırmaq strategiyasını seçir. Amerikalılar bu təminatları Ukrayna Donbasdan qoşunlarını çıxarmağa hazır olduqdan sonra yüksək səviyyədə razılaşdırmağa hazırdır”, – Zelenski bildirib.





