Dünya

Zaxarova: Rusiya AEBA-dan “Kursk” AES ilə bağlı obyektiv mövqe gözləyir

28 avqust / 10:18 1 dəq
Maria zakharova mariya zaxarova
28 avqust / 10:18
Burada sizin reklamınız ola bilər

Rusiya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin “Kursk” Atom Elektrik Stansiyası (AES) ətrafındakı vəziyyətlə bağlı daha obyektiv mövqe sərgiləməsini gözləyir.

Qerbxeber.com  Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O deyib ki, sözü gedən qurumun indiyədək bu istiqamətdəki açıqlamaları konkret məqsədlərə xidmət edib:

“Biz bu qurumdan daha obyektiv açıqlamalar gözləyirik. Söhbət təkcə bizim mövqeyimizi dəstəkləməkdən yox, faktı olduğu kimi etiraf etmək və stansiyanın təhlükəsizliyi üçün görülməli olan tədbirlərdən gedir. Bizim üçün əsas məsələ vəziyyətin fəlakət həddinə çatdırılmasına imkan verilməməsindən ibarətdir”.

Qeyd edək ki, bir qədər əvvəl AEBA-nın rəhbəri Rafael Qrossi həmin nüvə obyektinə səfəri zamanı oradakı vəziyyətin mürəkkəb olduğunu açıqlayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər