Dünya

Zaxarova: “Armen Qriqoryanın mövqeyini müəyyənləşdirməsini istərdim”

8 iyun / 09:15 1 dəq
Dad20e4b 9ed3 3788 875a abb5646580c4
8 iyun / 09:15
Burada sizin reklamınız ola bilər

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı mövqeyini müəyyənləşdirməyə çağırıb.

“Qərb Xəbər” xəbər verir, bunu Mariya Zaxarova həftəlik brifinqdə deyib.

“Armen Qriqoryanın mövqeyini müəyyənləşdirməsini istərdim: ya Ermənistan tərəfi ilə normal dialoq olmalı, ya da belə bəyanatlar verilməlidir. Biz birincini seçirik”, – o vurğulayıb.

M.Zaxarova qeyd edib ki, A.Qriqoryanın bu yaxınlarda şərh etdiyi kommunikasiyaların açılması mövzusu Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinləri tərəfindən işlənilir: “Buna görə də kənardan belə şərhlərə cavab verməyi düzgün hesab etmirəm. Bu, müvafiq nümayəndələrin səlahiyyətidir”.

Paylaş
Burada sizin reklamınız ola bilər