Bölgə xəbərləri

Yüksək sürət can aldı-Şəmkirdə avtomobil piyadı vurdu

15 iyul / 08:23 1 dəq
Piyada qəza
15 iyul / 08:23
Burada sizin reklamınız ola bilər

Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Qılıncbəyli kənd sakini 2002-ci il təvəllüdlü R.Abdullayev idarə etdiyi “VAZ-2107” markalı minik maşını ilə hərəkətdə olarkən yolu qarşı tərəfə keçmək istəyən Qaracəmirli kənd sakini 1956-cı il təvəllüdlü Ş.Məmmədovu vurub.

Piyada hadisə yerində ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər