Bölgə xəbərləri

Yevlaxda keçmiş məhkum qonşusunun evinə od vurdu

16 fevral / 19:50 1 dəq
Yanan ev
16 fevral / 19:50
Burada sizin reklamınız ola bilər

Yevlax rayonunda keçmiş məhkum qonşusunun evini yandırıb.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə,Yevlax rayonunun Salahlı kəndində yerləşən fərdi yaşayış evlərinin birində yanğın hadisəsi baş verməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Məlumatla əlaqədar Yevlax RPŞ-nin əməkdaşları hadisə yerində olub, yanğın olan əraziyə baxış keçirib. Fərdi yaşayış evinin qəsdən yandırılmasına dair şübhələr yarandığından polis əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində fərdi yaşayış evini qəsdən yandırmaqda şübhəli bilinən həmin kənd sakini, əvvəllər məhkum edilmiş Aqil Nəsibov saxlanılıb.

Hazırda faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb və A.Nəsibov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş
Burada sizin reklamınız ola bilər