Kateqoriyasız

Yaxın 4 ildə əlillik təyin olunan şəxslərin sayı açıqlanıb

15 dekabr / 12:04 2 dəq
61b6f0b15335e61b6f0b15335f163937912161b6f0b15335c61b6f0b15335d
15 dekabr / 12:04
Burada sizin reklamınız ola bilər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin ötən dövründə keçən ilin müvafiq dövrünə nisbətən iki dəfə çox olmaqla 54 minə yaxın şəxsə əlillik təyin edib.

Nazirliyin məlumatına görə, onlardan 16 500-ü ilkin, qalanı təkrar təyinatlardır.

Əlillik təyin edildikdən sonra onlara əlillik dərəcələri üzrə proaktiv qaydada elektron sistem üzərindən pensiya və ya müavinətlərin təyinatı aparılıb. Həmçinin bir sıra xüsusi kateqoriyalara aid əlilliyi olan şəxslərə (müharibə əlilləri, I dərəcə əlilliyi olanlar və b.) pensiya və ya müavinətlə bərabər, Prezidentin aylıq təqaüdləri də təyin olunub.

Ümumilikdə 2018-2021-ci illərdə 151 min şəxsə əlillik təyinatı aparılıb.

Əlilliyi olan şəxslərə ödənilən sosial ödənişlərdə də ciddi artımlar qeydə alınıb. 2018-ci ilin əvvəli ilə müqayisədə onlara ödənilən pensiyaların orta aylıq məbləği 70%-ə yaxın, müavinətin orta aylıq məbləği 2 dəfə artıb. Təqaüdün maksimum məbləği isə 54% artıb.

Əlilliyi olan şəxslərə pensiya, müavinət, təqaüd formasında ödənişlərin ümumi illik məbləği isə 2018-2021-ci illərdə 55% artaraq, 1 milyard 611 milyon manata çatıb.

Paylaş
Burada sizin reklamınız ola bilər