Dünya

Yaponiya ilə Ukrayna müdafiə sahəsində əməkdaşlıq edəcəklər

8 iyun / 15:04 1 dəq
666432f36e1df666432f36e1e01717842675666432f36e1dd666432f36e1de
8 iyun / 15:04
Burada sizin reklamınız ola bilər

Yaponiya ilə Ukrayna arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi imzalanacaq.

Qerbxeber.com xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı xəbər yayıb.

Sözügedən razılaşma Ukraynanın silah-sursat və humanitar yardımla təchizatı, kəşfiyyat sahəsində dəstək, habelə yaralı əsgərlərin Yaponiya ərazisində müalicəsini nəzərdə tutur.

Sənədləri Ukrayna prezidenti Vladimir Zelenski ilə Yaponiyanın baş naziri Fumio Kişida İtaliyada keçiriləcək “G7” sammitində təsdiqləyəcəklər.

Paylaş
Burada sizin reklamınız ola bilər