Bölgə xəbərləri

YAP nümayəndə heyəti Şimali Kiprə gedib

19 dekabr / 12:21 1 dəq
Fb55d1e0 84a7 39b3 ab0d 5b2aec2ea293
19 dekabr / 12:21
Burada sizin reklamınız ola bilər

Hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Kipr Türk Respublikasına səfərə gedib.

Səfər çərçivəsində YAP, Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) və Şimali Kipr Türk Cümhuriyyətinin Milli Birlik Partiyası arasında üçtərəfli formatda görüş keçiriləcək.

Görüşdən sonra T.Budaqov, AK Parti sədrinin birinci müavini, millət vəkili Numan Kurtulmuş və Şimali Kiprin Milli Birlik Partiyasının sədri Ünal Üstel birgə mətbuat konfransı keçirəcəklər.

Şimali Kipr Prezidenti Ersin Tatarın nümayəndə heyətini qəbul edəcəyi gözlənilir.

Paylaş
Burada sizin reklamınız ola bilər