Bölgə xəbərləri

XİN başçısı: “Ermənistanla normallaşma prosesi üçün perspektivlər açılıb”

20 iyun / 15:31 2 dəq
1676179441 ceyhun bayramov
20 iyun / 15:31
Burada sizin reklamınız ola bilər

“Ermənistanla bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət əsasında normallaşma prosesi üçün perspektivlər açılıb”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Xəzər Bağlantı Konfransında” çıxışında deyib.

O, Azərbaycanın regionun daha təhlükəsiz və firavan gələcəyinin qurulmasına töhfə verən inkişaf yolu ilə irəliləməyə davam etmək əzmində olduğunu, regiondan və ondan kənarda olan investorlarla əməkdaşlıqda maraqlı olduğunu söyləyib.

C.Bayramov bildirib ki, bütün tərəfdaşlar Azərbaycanın münaqişədən sonrakı yenidənqurma və reabilitasiya səylərini dəstəkləməyə dəvət edilib.

Azərbaycanın xarici işlər naziri əlavə edib ki, aparılan səylərə baxmayaraq, Ermənistan tərəfi kommunikasiyaların açılmasına çətinliklər törədir.

O, ümumilikdə 2022-ci il ərzində Azərbaycan üzərindən tranzitin 75% artdığını bildirərək bütün kommunikasiyaların açılmasının regionumuzda davamlı sülh və sabitliyə daha da töhfə verəcəyinə, ticarət və nəqliyyatı əhəmiyyətli dərəcədə artıracağına əminliyini ifadə edib. Bu mənada ön plana çıxan təşəbbüs olan və Orta Dəhliz daxilində əlaqəni daha da artırmaq potensialına malik Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs edib.

Paylaş
Burada sizin reklamınız ola bilər