Bölgə xəbərləri

XİN: Azərbaycan Ermənistandan sülh müqaviləsinin əsas elementlərinə dair cavab gözləyir

28 oktyabr / 09:55 1 dəq
635ab62dba6de635ab62dba6df1666889261635ab62dba6da635ab62dba6dc
28 oktyabr / 09:55
Burada sizin reklamınız ola bilər

Azərbaycan sülh gündəliyinə sadiqdir.

‘Qərb Xəbər’ bildirir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.“Biz sülh gündəliyinə sadiqik. Bilirsiniz ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bu ayın əvvəlində Cenevrə şəhərində sülh müqaviləsi ilə bağlı ilk görüş baş tutdu. Həmin görüşdə Azərbaycan tərəfi gələcək sülh müqaviləsinin əsas elementlərini qarşı tərəfə bildirib.

Biz hazırda Ermənistandan həmin əsas elementlərə dair ilkin rəy və cavab gözləyirik”,- deyə Elnur Məmmədov bildirib.

Xarici işlər nazirinin müavininin sözlərinə görə, həmin cavab əsasında növbəti görüşlərin keçirilməsi müzakirə olunacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər