Tovuzda obyektər yanıb
Tovuz rayonunun Aşağı Quşçu kəndində yanğın olub.
FHN-dən verilən xəbərə görə, ümumi sahəsi 400 m² olan birmərtəbəli zirzəmidən ibarət müxtəlif təyinatlı obyektin (avtomobil təmiri sexi və çayxana) 1-ci mərtəbəsində hər birinin sahəsi 30 m² olan 2 ədəd avtomobil təmiri sexinin və bitişik, sahəsi 80 m² olan çayxananın yanar konstruksiyaları yanıb.Yüksək temperaturdan hər birinin sahəsi 30 m² olan 2 ədəd avtomobil təmiri sexinin lambirdən ibarət tavanı əriyib. Obyektin zirzəmisi və yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı