İqtisadiyyat

XI Qlobal Bakı Forumunun ikinci günü başlayıb

15 mart / 09:54 1 dəq
Indir 2024 03 15T095236.301
15 mart / 09:54
Burada sizin reklamınız ola bilər

XI Qlobal Bakı Forumunun ikinci günü panel iclasları ilə davam etdirilir.

Qerbxeber.com xəbər verir ki, “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən forumun ikinci günündə COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılacaq, o cümlədən iqlim, səhiyyə, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunulacaq. Eyni zamanda, qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolundan bəhs ediləcək.

Qeyd edək ki, XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.

Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edir.

Paylaş
Burada sizin reklamınız ola bilər