Dünya

Xarici ölkə vətəndaşları Rusiya ordusunda xidmət edə biləcək

19 aprel / 09:40 1 dəq
Indir 2025 04 19t094020.654
19 aprel / 09:40
Burada sizin reklamınız ola bilər

Rusiya hökuməti Dövlət Dumasına təqdim etdiyi yeni qanun layihəsinə əsasən vətəndaşlığı olmayan şəxslərə orduda və hərbi birləşmələrdə hərbi xidmət üçün müqavilə bağlamaq hüququ veriləcək.

Qerbxeber.com xəbər verir ki, təşəbbüs özündə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əlavələr, habelə altı əlaqəli federal qanuna müvafiq düzəlişləri ehtiva edir.

Yeni düzəlişlərə görə, Rusiya ordusunda ruslarla yanaşı, xarici vətəndaşlar da xidmət edə bilər. Vətəndaşlığı olmayan şəxslər Rusiya vətəndaşlığına malik olmayan və başqa ölkənin vətəndaşlığına dair sübutları olmayan şəxslərdir.

Qanun qəbul olunarsa, dərc edildiyi gündən qüvvəyə minəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər