Kateqoriyasız

Xaricdə emal edilərək qaytarılan mallar haqda Qaydalar dəyişib

13 oktyabr / 17:06 2 dəq
6166d14dbb20d6166d14dbb20f16341282059114b390dfe5258882538e6581e2078f
13 oktyabr / 17:06
Burada sizin reklamınız ola bilər

Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarında dəyişiklik edilib.

“Qərb Xəbər”in məlumatına görə, Nazirlər Kabinetindən “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na edilən dəyişikliyə verilən şərhdə bildirilib ki, qərarın qəbul edilməsi qızılın və gümüşün (ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları istisna olmaqla) xaricdə emal adı altında ölkədən çıxarılmasının qarşısının alınmasına, bununla da valyutanın ölkədən xaricə axınının qarşısının alınmasına, habelə ölkədə yeni iş yerlərinin açılmasına, iqtisadiyyatda əlavə dəyərin formalaşmasına, əhalinin rifah halının yaxşılaşmasına və Azərbaycan Respublikasının regionda zərgərlik məmulatlarının istehsalı və emalı sahəsində mövqelərinin gücləndirilməsinə səbəb olacaq.

Bu qaydalara uyğun xaricdə emal edilərək gömrük ərazisinə qaytarılan mallar gömrük rüsumlarından və vergilərdən qismən azad olunur.

Paylaş
Burada sizin reklamınız ola bilər