Maraqlı

Xankəndidə Novruz konserti olacaq

16 mart / 20:32 1 dəq
Xankendi Bayram
16 mart / 20:32
Burada sizin reklamınız ola bilər

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə martın 18-də saat 19:45-də Xankəndidəki Zəfər meydanında “Xankəndinin bahar nəğməsi” adlı konsert olacaq.

Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Xankəndi, Xocalı və Ağdərədə Axırçərşənbə də qeyd olunacaq, Novruz tonqalı yandırılacaq. Sakinlər Xocalı şəhərinin girişində quraşdırılmış səməni ətrafına toplaşacaq, torpağın oyanışını uzun illər həsrətində olduqları el-obalarında qeyd edəcəklər.

Paylaş
Burada sizin reklamınız ola bilər