Xəbər

Xankəndidə “Halo Trust”un bazası və yararsız minatəmizləmə avadanlıqları aşkarlanıb

30 oktyabr / 10:19 1 dəq
Cc39c07f 6b42 3219 8a3e 42b59fa58217
30 oktyabr / 10:19
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) humanitar minatəmizləmə fəaliyyətləri zamanı Xankəndi şəhəri ərazisində “Halo Trust” qeyri-hökumət təşkilatının bazasını aşkarlayıb.

“Qərb Xəbər” verir ki, bu barədə ANAMA məlumat yayıb.

Beynəlxalq humanitar qeyri-hökumət təşkilatı olan “Halo Trust”a məxsus bazada qəsdən yararsız hala salınmış xeyli sayda minatəmizləmə avadanlıqları, detektorlara rast gəlinib.

Halbuki bu avadanlıqlar humanitar minatəmizləmə əməliyyatlarında istifadə edilə və mina təhlükəsinin aradan qaldırılmasına xidmət edə bilərdi. Lakin təhlükəsiz mühitin yaradılması məqsədilə istifadə üçün nəzərdə tutulan maddi-texniki vasitələr qəsdən məhv edilib.

Mələk.M

Paylaş
Burada sizin reklamınız ola bilər