Qərb Xəbər TV

Xankəndi və Xocalıda 67 avtomat, 38 qumbara, pulemyot və snayper silahları tapılıb

9 yanvar / 11:30 1 dəq
9ef8cd89 d6d6 39f1 b382 c109b1d50c16
9 yanvar / 11:30
Burada sizin reklamınız ola bilər

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 8-də Xankəndi və Xocalıda onlarla silah və sursat tapılıb.

Bu barədə “Qərb Xəbər”ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xankəndi şəhəri ərazisində keçirilən əməliyyat zamanı 1 ədəd qumbaraatan, 1 ədəd pulemyot, 37 ədəd müxtəlif markalı avtomat silahı, 2 ədəd tapança, 10 ədəd müxtəlif markalı tüfəng, 28 ədəd qumbara, 23 ədəd alışdırıcı, 7277 ədəd müxtəlif çaplı patron, 131 ədəd patron darağı, 12 ədəd süngü-bıçaq və digər döyüş sursatları aşkar edilib.

Həmçinin, Xocalı şəhəri ərazisində 30 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd qumbaraatan, 2 ədəd snayper silahı, 10 ədəd qumbara, 1 ədəd tüfəng, 23300 ədəd patron, 23 ədəd patron darağı və 2 ədəd patron qatarı aşkar olunaraq götürülüb.

Paylaş
Burada sizin reklamınız ola bilər