Hadisə

Xankəndi həmləsi: “Müdafiə xətti” burdan yarıldı – Xəritə

25 sentyabr / 12:29 1 dəq
Indir 2023 09 25T122808.481
25 sentyabr / 12:29
Burada sizin reklamınız ola bilər

Sentyabrın 19-da Qarabağda başlayan antiterror tədbirləri zamanı əsas istiqamətlərdən biri də Muxtar-Daşkənd xətti idi.

“Qərb Xəbər” Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Şah İntel” Teleqram kanalı xəritə təqdim edib.

Bildirilib ki, Azərbaycan Ordusu separatçıların Xankəndi ətrafındakı “müdafiə xətti”ni məhz bu istiqamətdə yarıb.

“Azərbaycan Ordusunun bölmələrinin tədbirlər zamanı Xankəndi şəhərinin sağ cinahını yardığı və Daşkəndə irəlilədikləri təsdiqləndi”, – məlumatda qeyd edilib.

Xatırladaq ki, 19-20 sentyabrda Qarabağda keçirilən antiterror tədbirləri zamanı separatçılar ağ bayraq qaldıraraq təslim olub.

photo_5226963727830601646_x

Paylaş
Burada sizin reklamınız ola bilər