Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Elm və Texnologiya

Təkrar sertifikatlaşdırmaya əsasən yaranan vakant yerlərə yeni müəllimlər təyin olunub

25 sentyabr / 12:21 3 dəq
Imtahan 700x403
25 sentyabr / 12:21
Burada sizin reklamınız ola bilər

Təkrar sertifikatlaşdırmaya əsasən yaranan vakant yerlərə yeni müəllimlər təyin olunub.

“Qərb Xəbər” bildirir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Təkrar sertifikatlaşdırma nəticələrinə əsasən ibtidai sinif müəllimliyi üzrə yeni yaranan 249 vakant yer müəllimlərin işə qəbulu üzrə müsabiqəyə təqdim edilmiş və vakansiya seçimi mərhələsində həmin yerlər uyğun olan namizədlər tərəfindən tutulub.

Əmək müqaviləsinə xitam verilən müəllimlərin əvvəl işlədikləri bir çox müəssisələrdə mövcud müəllim sıxlığı nəzərə alınıb və onların dərs yükləri məktəbdəki digər ibtidai sinif müəllimlərinə verilib. Təhlil nəticəsində bu müəssisələrdə ibtidai sinif müəllimlərinin orta dərs yükünün 19 saatdan 22,5 saata yüksəldiyi müəyyən edilib ki, bu da şübhəsiz ki, həm pedaqoji kadr sıxlığı ilə bağlı gərginliyin aradan qaldırılmasına, həm də dərs yükünün artması ilə əlaqədar müəllimlərin rifahının yaxşılaşdırılmasına xidmət edib.

443 ümumi təhsil müəssisəsi üzrə təkrar sertifikatlaşdırmadan keçməyən 743 müəllimdən yalnız 264 nəfərinin tam sinif apardığını, qalanlarına isə yığma dərslərin verildiyini nəzərə alsaq, sertifikatlaşdırma mövcud vəziyyətin sağlamlaşdırılmasında pozitiv addım kimi dəyərləndirilməlidir.

Qeyd edək ki, ötən il ilk dəfə təşkil olunan sertifikatlaşdırma prosesində 11 211 ibtidai sinif müəllimi iştirak edib. Prosesi uğurla tamamlayaraq 51-60 bal toplamış 3 mindən çox müəllimin vəzifə maaşına 35, 30-50 bal toplamış 5 mindən çox müəllimin vəzifə maaşına isə 10 faiz əlavə edilib. Bu isə müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılmasından əlavə həm də onlar arasında sağlam rəqabət mühitinin formalaşmasında son dərəcə böyük rol oynayır.

Sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi daşımaqla yanaşı təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində çox əhəmiyyətli nailiyyətlərin əldə olunmasına zəmin yaradır.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı