Kamran cƏfərov
Trampın Putinə qarşı aqressiyasının səbəbi nədir-Siyasi təhlilçi KAMRAN CƏFƏROVun şərhi
Elnur mematov 1
Komfort — yoxsa artiq cəki…- ELNUR NEMƏTOVun yazısı
Abs dovlet departamenti 1024x767
Dövlət Departamenti: Biz Ukraynaya hər zaman yardım etmişik və bu işi davam etdiririk
President of georgia mikheil saakashvili in tbilisi, march 22, 2008
Rusiyanın Azərbaycanla bağlı planı budur -Saakaşvilidən müzakirələrə səbəb olacaq sözlər
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Xankəndində Əliyev Pezeşkianla görüşdü

5 gün ago
A A
Əliyev pezeşkian

İyulun 4-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın görüşü olub.

Qerbxeber.com APA-ya istinadla xəbər verir ki, dövlət başçıları söhbət zamanı Azərbaycanla İranın dost, qonşu, qardaş ölkələr olduqlarını vurğulayaraq, ölkələrimiz arasında mədəni, etiqad, ənənələr, etnik baxımdan qohumluq və qardaşlıq əlaqələrinin mövcudluğunu qeyd etdilər.

Dövlət başçısı dəvəti qəbul edib İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirakına görə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana təşəkkürünü bildirdi, onun bu səfərinin və keçirilən görüşün Azərbaycan-İran ikitərəfli əlaqələrinin, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından əhəmiyyətli olduğunu dedi.

Məsud Pezeşkianın bu ilin aprelində ölkəmizə rəsmi səfərinin ikitərəfli əlaqələrimizdə yeni səhifə açdığını vurğulayan Prezident İlham Əliyev həmin səfər zamanı müzakirə olunan mövzuların həyata keçirilməsi üçün hökumətlərarası komissiyanın rəhbərləri və aidiyyəti dövlət qurumları tərəfindən ardıcıl surətdə işlərin aparıldığını qeyd etdi.

Dövlətimizin başçısı İsraillə İran arasında qarşıdurmanın baş verməsindən dərhal sonra İrana qarşı olan bu hərəkətlərin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən qınanıldığını bildirdi. Prezident İlham Əliyev bu qarşıdurmada İranın rəsmi və mülki şəxslərinin həlak olması ilə əlaqədar bir daha Azərbaycan tərəfinin İran xalqına başsağlığını çatdırdı, Azərbaycan dövlətinin və xalqının İran dövləti və xalqı ilə həmrəyliyini, dəstəyini ifadə etdi. Dövlətimizin başçısı Azərbaycanın həmişə haqq-ədalətin tərəfdarı olduğunu vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, müsəlman ölkələri, o cümlədən qonşu dövlətlər ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biridir.

İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün Azərbaycanda, Xankəndi şəhərində təşkil edilməsini və gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün ölkəmizdə keçiriləcəyini vurğulayan dövlətimizin başçısı bütün bunları İslam dünyası tərəfindən ölkəmizə olan etimadın və hörmətin növbəti nümunəsi kimi qiymətləndirdi.

İran İslam Respublikasının Prezidenti də İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırdı.

Azərbaycana rəsmi səfərini və keçirilmiş görüşləri məmnunluqla xatırlayan Məsud Pezeşkian səfərin nəticəsi olaraq Azərbaycan-İran əlaqələrində yeni səhifənin açıldığını vurğuladı, bu xüsusda, artıq Bakı ilə Tehran, Bakı ilə Təbriz arasında təyyarə reyslərinin artırılmasını, Ağbənd-Kəlalə avtomobil yolu körpüsünün tikintisi istiqamətində işlərin aparılmasını qeyd etdi və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxundu.

İran Prezidenti İsraillə baş vermiş qarşıdurma zamanı Azərbaycanın göstərdiyi dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirdi.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə, həmçinin ECO çərçivəsində əlaqələrin genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıldı.

Son xəbərlər

Raket

ABŞ Kiyevə raket və mərmi tədarükünü bərpa edib

10 İyul 2025
Ukrayna abs

ABŞ Ukraynaya yenidən mərmi və raket göndərəcək

10 İyul 2025
ərdoğan

Ərdoğandan gözlənilməz qərar: Kommunikasiya İdarəsinin rəhbərini dəyişib

10 İyul 2025
Images (10)

PSJ finalda..

10 İyul 2025
Tramp yeni1

ABŞ Brazilyadan idxal olunan mallara avqust ayından 50 faiz rüsum tətbiq edəcək

10 İyul 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.