Dünya

Xamneyi huşsuz vəziyyətdə süni tənəffüs aparatına qoşulub

13 mart / 23:25 2 dəq
Müctəba xamneyi
13 mart / 23:25
Burada sizin reklamınız ola bilər

İranın yeni rəhbəri Müctəba Xamneyi Tehranın “Sina” xəstəxanasında geniş təhlükəsizlik tədbirləri altında huşsuz vəziyyətdə süni tənəffüs aparatına qoşulub və müalicə olunur.

Qerbxeber.com xəbər verir ki, bu barədə “Negin” xəbər şəbəkəsi məlumat yayıb.

Məlumata görə, o, fevralın 28-də ABŞ və İsrail hərbi hava qüvvələrinin Əli Xameneinin iqamətgahına endirdiyi zərbələr zamanı ağır yaralanıb.

M.Xamneyi ümumiyyətlə ölkədə nə baş verdiyindən, ailəsinin həlak olması və özünün rəhbər seçilməsindən xəbərsizdir. Onu səhiyyə naziri Məhəmmədrza Zəfərqəndi və Nəsrullah Mərəşi Şuştəri əməliyat edib. Bir neçə gün əvvəl Məsud Pezeşkianın “Sina” xəstəxanasında səhiyyə naziri ilə görüşü də prezidentin burada müalicə olunan Müctəba Xamneyinin vəziyyəti ilə yaxından tanış olmaq üçün oraya getməsi ilə bağlıdır”, – məlumatda bildirilib.

Qeyd olunub ki, xəstəxananın yerləşdiyi ərazi xüsusi qüvvələr tərəfindən qorunur.

Paylaş
Burada sizin reklamınız ola bilər