Bölgə xəbərləri

Vladimir Putin İlham Əliyevə zəng edib, üçtərəfli bəyanatların icrası müzakirə olunub

12 dekabr / 14:39 1 dəq
Indir 2022 12 12T143901.482
12 dekabr / 14:39
Burada sizin reklamınız ola bilər

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr, həmçinin bu il 31 oktyabr tarixli razılaşmalarının reallaşdırılmasının bəzi praktiki aspektləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və logistik əlaqələrin bərpası planları müzakirə edilib.

Dövlət başçıları gələcək təmaslar barədə də fikir mübadiləsi aparıblar.

Paylaş
Burada sizin reklamınız ola bilər