Dünya

Vitse-kansler: Almanya Ukraynada üzərinə düşəni edəcək, Putinin heç bir illuziyası olmasın

25 avqust / 10:57 1 dəq
Vitse kansler
25 avqust / 10:57
Burada sizin reklamınız ola bilər

Almaniya vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl gözlənilməz səfərlə Kiyevə (Ukrayna) gəlib.

Qerbxeber.com xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

“Kanslerlə (Fridrix Merts) sıx koordinasiyada Almaniyanın mümkün sülh prosesində Ukraynaya ən yaxşı şəkildə necə dəstək verə biləcəyini müzakirə etmək niyyətindəyəm”, – o, Ukraynanın paytaxtına gələrkən jurnalistlərə deyib.

Klinqbeylin sözlərinə görə, Ukraynada uzunmüddətli sülhü təmin etmək üçün etibarlı təhlükəsizlik təminatları lazımdır:

“Biz beynəlxalq səviyyədə fəaliyyətlərimizi yaxından əlaqələndiririk. Almaniya üzərinə düşən məsuliyyəti yerinə yetirəcək. Putinin Ukraynaya dəstəyimizdə tərəddüd etməyəcəyimizə dair heç bir illüziyası olmasın”.

Vitse-kansler Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski və Ali Rada üzvləri, həmçinin vətəndaş cəmiyyətinin nümayəndələri ilə danışıqlar aparacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər