Kateqoriyasız

“Veteranlar haqqında” qanuna dəyişiklik edilib

17 iyun / 12:53 1 dəq
5e2bfbb1 aa3f 39e4 a609 36842846d292
17 iyun / 12:53
Burada sizin reklamınız ola bilər

Prezident İlham Əliyev “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır.

Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Paylaş
Burada sizin reklamınız ola bilər