Sosial

Velosiped yollarında hərəkət edən avtomobillər 100 manat cərimələnəcək

12 iyun / 12:11 1 dəq
66687220a2f8e66687220a2f8f171812099266687220a2f8b66687220a2f8d
12 iyun / 12:11
Burada sizin reklamınız ola bilər

Velosiped yollarında hərəkət edən avtomobillər 100 manat cərimələnəcək.

Qerbxeber.com xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, velosiped yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkət etməsinə görə yüz manat məbləğində cərimə ediləcək.

Bu xəta 2 balla qiymətləndiriləcək. Eyni zamanda layihəyə əsasən, bu xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər