Bölgə xəbərləri

Vasif Talıbovun İrana oxumağa göndərdiyi gəncin meyiti tapılıb

11 yanvar / 12:36 1 dəq
63be6f287c50163be6f287c502167342468063be6f287c4ff63be6f287c500
11 yanvar / 12:36
Burada sizin reklamınız ola bilər

Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun İrana təhsil almağa göndərdiyi gəncin meyiti tapılıb.

“Qərb Xəbər” “Lent.az”a istinadən bildirir ki, bu barədə jurnalist Heydər Oğuz məlumat paylaşıb.

Onun sözlərinə görə, Vasif Talıbovun himayədarlığı ilə İranın Qum şəhərinə təhsil almağa göndərilən və daha sonra meyiti Araz çayından tapılan gənc Babək rayonunun Qahab kəndindəndir:

“İddialara görə, atası Naxçıvanlı uşaqların casusluğa cəlb olunması barədə müvafiq orqanlara şikayət edibmiş. Tələbənin meyiti də məhz bu şikayətdən sonra Araz çayından tapılıb”.

Qahab sakinlərindən biri yazır:

“Bu oğlan qahablı idi. Dedilər, üz gözünu balıqlar yeyib tanınmır. Onu zorla tez basdırdılar ki, araşdırılmasın. Ailəsi inanmırdı ki, meyit övladlarınındır”.

Paylaş
Burada sizin reklamınız ola bilər