Hadisə

Vətəndaşların bank kartlarından 21 min manatdan çox vəsait oğurlanıb

23 aprel / 10:14 1 dəq
Indir 2025 04 14t102746.104
23 aprel / 10:14
Burada sizin reklamınız ola bilər

Ötən gün vətəndaşların bank kartlarından 21 min 139 manat və 25 dollar oğurlanıb.

Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatların naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Aprelin 22-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 9100, 6100, 2290, 755, 755, 600, 390, 311, 204, 200, 157, 147, 80, 50 manat və 25 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var.

Paylaş
Burada sizin reklamınız ola bilər