Kateqoriyasız

Vətən müharibəsinin şəhidi dəfn olunub

1 iyun / 14:22 1 dəq
Bd9b035c f2c7 3c0f b079 aa8013f71757
1 iyun / 14:22
Burada sizin reklamınız ola bilər

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan əsgəri Məmmədağa İqab oğlu İmanov dəfn edilib.

Reportun məlumatına görə, mərhum Neftçala şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Onunla vida mərasimi rayonun Dalğa kəndində şəhidin yaşadığı evdə keçirilib.

Mərasimin şəhidin doğmaları ilə yanaşı, rayon icra hakimiyyətinin rəsmiləri, hərbçilər və ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü M.İmanov 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. O, sonuncu dəfə sentyabrın 29-da Xocavənd rayonu istiqamətində gedən döyüşlər zamanı ailəsi ilə əlaqə saxlanılıb. M.İmanov döyüşlərdə itkin düşüb. Mayın 31-də onun nəşi tapılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər