“Vətən böyük və əbədi bir ölkədir!” mövzusunda görüş keçirilib
“Əbədi Birlik” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Vətən böyük və əbədi bir ölkədir!” mövzusunda Zoom platformasında görüş keçirilib.
“Qərb Xəbər” görüşün fəxri qonağı Şimali Kipr Türk Respublikasının protokol təqdimatçısı, Kipr Türk Media və Əlaqələr Dərnəyi başqanı – Sərdar Şəngül olub.
Görüş Əbədi Birlik Gənclər İctimai Birliyinin sədri Şahin Əliyevin açılış nitqi ilə başlayıb. Sərdar Şəngül Şimali Kipr Türk Cümhuriyyətinin yaranmasından və Azərbaycan-Şimali Kipr arası əlaqələrin vacibliyindən danışıb. Şəhid kapitan Çingiz Topel xatirəsi anılıb. Şimali Kipr Türk Cümhuriyyəti-Əbədi Birlik Gənclər İctimai Birliyi birgə layihələrin olacağını vurğulamışdır.
Son olaraq “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev Sərdar Şəngülə dəvəti qəbul edib, gəncləri maarifləndirdiyi üçün təşəkkürünü bildirmişdir.




