Kateqoriyasız

Uşaq evində böyüyən şəhid dəfn edilib

23 fevral / 16:32 1 dəq
AnyConv.com fe6b3c7c 22f8 332e 9dbe 73a807f31692
23 fevral / 16:32
Burada sizin reklamınız ola bilər

Sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı itkin düşən və dünən şəhid olduğu məlum olan Əmrah Rajapov Gəncə şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Reportun məlumatına görə, Gəncə şəhərində uşaq evində böyüyən şəhid hərbçi şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələrinin iştirakı ilə torpağa tapşırılıb.

Qeyd edək ki, Gəncə şəhər sakini, 2000-ci il təvəllüdlü Əmrah Rajapov Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib və aylardır onun taleyindən heç bir xəbər yox idi. Ötən gün aparılan araşdırmalar nəticəsində onun şəhid olduğu müəyyənləşib.

Ə.Rajapov atasını kiçik yaşlarında itirib və anası onu uşaq evinə qoyub.

Paylaş
Burada sizin reklamınız ola bilər