Dünya

Ursula fon der Leyen: Paris sammiti Rusiyaya qarşı sanksiyaların qüvvədə qalacağını göstərir

28 mart / 08:51 1 dəq
67e57c05c878c67e57c05c878d174309274167e57c05c878a67e57c05c878b
28 mart / 08:51
Burada sizin reklamınız ola bilər

“AB-nin Ukrayna üzrə Parisdə baş tutan sammiti göstərir ki, Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq.”

Qerbxeber.com xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen iclasın yekunlarına dair açıqlaması zamanı bildirib.

“İkinci mövzu Rusiyaya təzyiqləri davam etdirməkdir. Sanksiyaların qüvvədə qaldığı aydın idi. Biz ədalətli və davamlı sülh sazişi istəyirik. Məqsəd budur”, – o bildirib.

Onun sözlərinə görə, Ukraynaya qısa müddətdə maliyyə və hərbi dəstəyin necə gücləndirilməsi barədə geniş müzakirə aparılıb.

“Ukraynanın hərbi ehtiyacları, eləcə də maliyyə ehtiyacları ödənilməlidir”, – deyə o əlavə edib.

Paylaş
Burada sizin reklamınız ola bilər